Özbəkistanda yeni koronavirusa (COVID-19) yoluxanların sayı 104-ə çatıb.
Özbəkistan Nazirlər Kabineti yanındakı Operativ Qərargah xəbər verir ki, Moskvadan və İstanbuldan gələnlərin və karantində olanların hesabına sutka ərzində koronavirusa yoluxanlar 104 nəfər olub. Virusa yoluxanlar Özbəkistan Elmi-Tədqiqat Virusologiya İnstitutunun klinikasında müalicə alırlar.
Hazırda ölkədə karantində 65 min 511 nəfər var. Onların 15 min 355-i xəstəxanalarda, 50 min 176-sı ev şəraitində karantin rejimindədir.