Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nəqliyyat və İnfrastruktur naziri Məhmət Cahit Turhanı vəzifəsindən azad edib.
Rəsmi qəzetdə yer alan məlumatda bildirilib ki, Prezident bu vəzifəyə Məhmət Cahit Turanın müavini Adil Karaismayıloğlunu təyin edib.
Qeyd edək ki, Adil Karaismayıloğlu 2019-cu ilin sentyabrına qədər İstanbul Böyükşəhər Bələdiyyəsində baş katibin müavini olub, Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbərliyinə gəldikdən sonra istefa verib, Nəqliyyat və İfrastruktur nazirinin müavini təyin edilib.