Koronavirusa yoluxmuş ilk xəstə bu gün Ammanda Şahzadə Həmzə adına xəstəxanada vəfat edib.
Bu barədə xəstəxananın baş həkimi Abdel Razzak əl-Haşman deyib.
Onun sözlərinə görə, şiddətli zəhərlənmə nəticəsində bədəni zəifləyən 83 yaşlı iordaniyalı qadın koronavirusdan ölüb.
Həkim bildirib ki, qadın əvvəllər yoluxduğu xüsusi bir klinikadan xəstəxanaya çatdırılıb.
Martın 27-də Krallığın səhiyyə naziri Saad Caber ölkədə infeksiyaya yoluxanların sayının son günlərdə 237 nəfərə qədər yüksəldiyini deyib.