Son iki ildir Kolumbiyada yaşayan və narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan Venesuela Silahlı Qüvvələrinin istefada olan general-mayoru Kliver Alkala Kordones ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinə təslim olub.
Bu barədə "Tiempo” qəzeti məlumat yayıb.
Alkala Barrankilya şəhərində təslim olub və oradan Narkotiklərlə Mübarizə İdarəsinin təyyarəsi ilə ABŞ-a aparılıb.
General ona qarşı bu cür ittihamların irəli sürülməsini təəccüblə qarşılayıb və hətta Nikolas Maduroya qarşı dövlət çevrilişi planlaşdırdığını da qeyd edib.