Xəzər Xəbər

Koronavirus amerikalıların dörddə birini işsiz qoyub

Dünya | 10:41 • 28 Mart 2020
Koronavirus amerikalıların dörddə birini işsiz qoyub

Koronavirus pandemiyası amerikalıların, demək olar ki, dörddə birini işsiz qoyub.

"Reuters”in keçirdiyi sorğu nəticəsində məlum olub ki, ABŞ vətəndaşlarının hər dörd nəfərindən biri işsiz qalıb və ya ödənişsiz məzuniyyətə çıxmağa məcbur olub.

Vətəndaşların təxminən 81%-i ABŞ Prezidenti Donald Trampın koronavirusun yayılması səbəbi ilə aprelin 12-nə qədər təyin etdiyi məhdudiyyətlərin tədricən qaldırılmasına qarşı olduqlarını deyiblər.

Əksər insanlar mənfi iqtisadi nəticələrə baxmayaraq, evdə qalmağı, işə getməməyi və başqaları ilə məsafəsaxlamağı üstün tuturlar.

Sorğuda iştirak edənlərin yalnız 19%-i bu fikirlə razılaşmayıb.

Xəbər lenti

Çox oxunanlar