Türkiyədə son 24 saat ərzində 47 min 723 nəfər koronavirus testindən keçirilib. Onlardan 2069-da xəstəlik aşkarlanıb. Hazırda Türkiyədə ümumi xəstə sayı 5 min 698 nəfərə yüksəlib. Bu xəstələrdən daha 17-si həyatını itirib. Bununla da koronovirusdan ölənlərin sayı 92-yə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir müalicə alanlardan 344-ün reanimasiya şöbəsində olduğunu deyib. Bu müddət ərzində 42 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edilib ki, ölkədə xəstəliyin yayılmasına qarşı daha ciddi tədbirlərin görülməsinə ehtiyac var. Bunun da əsasını insanların vaxtlarını bir müddət özünütəcrid şəraitində keçirməsi təşkil edir.