Misirdə COVID-19 xəstəliyindən ölənlərin sayı 24 nəfərə çatıb.
Bu barədə Misir Səhiyyə Nazirliyinin mətbuat katibi Xalid Meqahed məlumat verib. O qeyd edib ki, son iki gündə koronavirusdan dünyasını dəyişən üç nəfər – 60 yaşlı qadın, 72 və 78 yaşlı kişilər Qahirə sakinləridir.
Nazirliyin rəsmisi əlavə edib ki, martın 26-da ölkədə koronavirusa 39 yoluxma halı qeydə alınıb və beləliklə, xəstələrin sayı 495 nəfərə çatıb. Yeni virus daşıyıcılarından biri Liviya vətəndaşı, qalanları yerli sakinlərdir. Eyni zamanda, ötən gün altı misirli və bir əcnəbi xəstəlikdən müalicə olunaraq evə buraxılıb. Ümumilikdə, koronavirusdan tam müalicə olunanların sayı 102 nəfərdir.
X.Meqahed əlavə edib ki, xəstələrin təcridi və müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatına uyğun şəkildə aparılır.