Xəzər Xəbər

Türkiyədə təcili olmayan əməliyyatlar təxirə salındı

Dünya | 21:26 • 20 Mart 2020
Türkiyədə təcili olmayan əməliyyatlar təxirə salındı

Dünyada sürətlə yayılan və minlərlə insan ölümünə səbəb olan yeni növ koronavirusla (COVİD-19) mübarizə istiqamətində Türkiyədə atılan addımlar çərçivəsində ölkə səhiyyəsində də bir sıra dəyişikliklər edilib.

Bu məqsədlə ölkənin Səhiyyə Nazirliyi tərəfindən bir sıra qərarlar alınıb.

Yeni qərarlara əsasən, Türkiyənin hər bölgəsində təcili olmayan əməliyyatların icrası və səhiyyə turizmi çərçivəsində ölkəyə xəstə gətirilməsi təxirə salınıb. Bundan əlavə, qabaqlayıcı tədbirlər çərçivəsində ölkə xəstəxanalarının reanimasiya şöbələrində müalicə alan xəstələrin vəziyyətlərinin qiymətləndirilməsi əsasında palatalara keçirilməsi, təcili olmayan həkim ziyarətlərinin ertələnməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024