Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə koronavirusun yayılması ilə əlaqədar xalqa müraciət etdi.
Strana.ua xəbər verir ki, bu barədə o, "Facebook” hesabında video paylaşıb.
Ukrayna lideri Çernovçı şəhərində ilk sağalmış xəstə barədə danışıb. O, koronavirus üçün təkrar test verən həmin şəxsin neqativ nəticə göstərdiyini deyib.
Zelenski eyni zamanda, ukraynalı mütəxəssislər tərəfindən koronavirusu müəyyən edən sınaq dəstinin hazırlandığını da bildirib.
O, xaricdən qayıdan 50 min ukraynalını yaxınlarına qayğı göstərərək özlərini təcrid etməyə çağırıb.