İranın dini lideri Əli Xameneyi ölkəni cənginə alan koronavirusla bağlı açıqlama verib.
Xameneyi koronavirusu Allahın köməyi ilə məğlub edəcəklərini bildirib.
O, ABŞ-ın sanksiyalarının koronavirusla mübarizə aparan İrana təsir etmədiyini deyib:
"ABŞ sanksiyalar tətbiq edir, amma biz həmişə öz-özümüzə bəs etmişik. İranlılar bu çətinliklərin öhdəsindən Allahın köməyi ilə gələcək”.