G7 sammiti koronavirusun yayılmasına görə videokonfrans üsulu ilə baş tutacaq.
Bu barədə Ağ Evin sözçüsü Cad Diri deyib.
"ABŞ Prezidenti Donald Tramp G7 zirvəsini videokonfrans vasitəsilə keçirmək qərarına gəlib. Dəyişikliklə bağlı Milli İqtisadi Şuranın direktoru Leri Kudlova da məlumat verilib”, – Ağ Ev sözçüsü bildirib.
Qeyd edək ki, G7 sammitinin 10-12 iyun tarixlərində keçirilməsi planlaşdırılır./axar.az