Xəzər Xəbər

Maliyyə naziri koronavirus testindən keçdi Nəticəsini açıqladı

Dünya | 11:59 • 20 Mart 2020
Maliyyə naziri koronavirus testindən keçdi

Almaniyanın Maliyyə naziri Olaf Şolts koronavirus üçün keçdiyi testin mənfi nəticə verdiyini bildirib.

Şolts martın 18-də "Tvitter”də güclü soyuqdəymə ilə yuxudan oyandığını, ehtiyat tədbir kimi koronavirus testindən keçməyi və evdən işləməyi qərara aldığını açıqlamışdı.

"Səsim hələ də bərpa olunmayıb, soyuqdəymə bir az azalıb və test mənfi nəticə verib. Bütün xoş arzularınız üçün çox sağ olun”, – deyə nazir "Tvitter”də yazıb.

O, yenidən kansler aparatındakı görüşlərdə iştirak etməyə başlayacağını qeyd edib./teleqraf

Xəbər lenti

Çox oxunanlar