Xəzər Xəbər

Netanyahudan xalqa müraciət: Bu, xahiş deyil, göstərişdir!

Dünya | 11:30 • 20 Mart 2020
Netanyahudan xalqa müraciət:

İsrail hökuməti Səhiyyə Nazirliyinin tövsiyəsi ilə karantin qaydalarını sərtləşdirir.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahu əhaliyə müraciətində deyib.

O bildirib ki, bundan sonra karantin məcburi xarakter daşıyacaq və qaydaları pozanlar cərimələnəcək:

"Ağır zamanda mən də ağır qərar vermək məcburiyyətindəyəm. Səhiyyə Nazirliyi evdə qalmaqla bağlı göstəriş verib. Həmçinin mən də fövqəladə bir neçə qərar imzaladım. Hərəkət məhdudiyyəti tətbiq edildi. Sizdən – İsrail vətəndaşlarından evdə qalmaq tələb olunur. Bu, xahiş, tövsiyə deyil, bu - əməl edilməsi vacib olan göstərişdir. Bilirəm ki, ağır olacaq, lakin sizdən əməkdaşlıq gözləyirəm. Məsələ insan həyatının xilasından gedir”./axar.az

Xəbər lenti

Çox oxunanlar