Bəzi ekspertlərin fikrincə, dünya iqtisadiyyatının bərpası üçün 15 il lazım olacaq.
Yaranan situasiyadan ən çox turizm sənayesi və aviaşirkətlər əziyyət çəkəcəklər.
XəzərXəbər axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı iqtisadçı Sergey Xestanov deyib.
"Çində 60 milyon insan karantin altındadır. Bunu indiyə qədər heç kim etməyi bacarmayıb. Çin yaranan situasiyada yaxşı halda ÜDM-in 0,4%-ni, pessimist ssenaridə isə 1%-ni itirəcək. Çin üçün bu, hiss ediləcək itkidir, amma onu fəlakətli adlandırmaq olmaz”, – deyə o bildirib. Xestanov həmçinin neftin qiymətinin 25 dollara qədər düşəcəyi halda rublun dollar qarşısında 100-120 rubl həcmində ucuzlaşacağını deyib. Eskpert zamanla qloballaşmadan qismən imtina dövrünün başlayacağını bildirib. O, koronavirusdan sonra dünyanın əvvəlki olmayacağını söyləyib.