Ötən gün ərzində Latviyada COVID-19 virusuna 25 yeni yoluxma halı qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa ümumilikdə 86 nəfərin yoluxduğu təsdiqlənib.
Bu barədə "Delfi” portalı məlumat yayıb.
Latviyanın yalnız Kurzeme regionunda koronavirusa yoluxma halı qeydə alınmayıb.
Ölkədə son sutka ərzində 604 nəfər, ümumilikdə isə 2144 nəfər müayinə olunub.