Xəzər Xəbər

Türkiyədə koronavirusla bağlı yalan paylaşımlar edən 64 nəfər saxlanılıb

Dünya | 22:25 • 19 Mart 2020
Türkiyədə koronavirusla bağlı yalan paylaşımlar edən 64 nəfər saxlanılıb

Martın 11-dən indiyədək Türkiyədə sosial şəbəkələrdə yeni koronavirusla (COVID-19) bağlı həqiqətə uyğun olmayan təxribat xarakterli paylaşımlar etməkdə şübhəli bilinən 242 nəfərdən 64-ü saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Digər şübhəlilərin saxlanılması istiqamətində işlər davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar