Xəzər Xəbər

Ukraynada koronavirusa yoluxanların sayı artmaqdadır

Dünya | 21:21 • 19 Mart 2020
Ukraynada koronavirusa yoluxanların sayı artmaqdadır

Ukraynada koronavirusla bağlı iki yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Koronavirusa yoluxanların biri Jitomir, digəri isə Kiyev şəhərindəndir.

Bununla da koronavirusa yoluxanların sayı 18 nəfərə çatıb, ölənlər isə iki nəfərdir.

Qeyd edək ki, Ukrayna aprelin 4-dək bütün beynəlxalq uçuşları dayandırıb.

Xəbər lenti

Çox oxunanlar