Litva hökuməti koronavirusla mübarizə üçün ölkənin Səhiyyə Nazirliyinə 30 milyon 560 min avro vəsait ayırıb.
Ayrılan məbləğin 14 milyonu ağ ciyərlərin süni havalandırılması üçün avadanlığın alınmasına, 16 milyon 560 min avro isə tibb işçilərinin koronavirusa qarşı vasitələrlə təmin olunmasına xərclənəcək.
Qeyd edək ki, son məlumatlara əsasən ölkədə koronavirusa 36 yoluxma halı qeydə alınıb.