Rusiyada koronavirusa yoluxanların sayı artıb.
Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə operativ qərargah məlumat yayıb.
Bildirilib ki, Rusiyada daha 52 nəfər koronavirusa yoluxub. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 199-a çatıb.
Qeyd edək ki, Rusiyanın paytaxtı Moskvada 79 yaşlı qadın koronavirusdan həyatını itirib.