Gürcüstan hökuməti koronavirusla əlaqədar ölkədəki publik hüquqi şəxslərə və özəl sektor rəhbərlərinə müraciət edib.
Bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani martın 19-da keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, hökumət koronavirusun yayılmasının qarşısının alınması məqsədilə özəl sektor və publik hüquqi şəxslərdən xahiş edir ki, mümkün qədər əməkdaşların işə gəlmələrini azaltsınlar. Əməkdaşlar evlərini tərk etmədən distant (məsafədən) işə cəlb olunsunlar.
İ.Çikovani hökumətin bugünkü iclasında ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı məsələnin müzakirə olunmadığını söyləyib.
Mətbuat katibi deyib: "Gürcüstan epidemiyanın yayılması mərhələsinə keçir. Bu mərhələdə koronavirusa yoluxma hallarının daha da artacağı gözlənilir”.