Xəzər Xəbər

Aİ-nin "Brexit" danışıqları üzrə müşaviri koronavirusa yoluxub

Dünya | 15:19 • 19 Mart 2020
Aİ-nin "Brexit" danışıqları üzrə müşaviri koronavirusa yoluxub

Avropa İttifaqının (Aİ) "Brexit" danışıqları üzrə müşaviri Mişel Barnier koronavirusa yoluxub.

Bu barədə M. Barnier "Twitter"də bildirib.

"Sizə bildirmək istəyirəm ki, mənim COVID-19-la bağlı yoxlanışımın nəticəsi müsbət çıxıb. Özümü yaxşı hiss edirəm və müsbət ruhdayam. Mən vacib olan bütün təlimatları izləyirəm. Bu virusa yoluxanlar və hazırda karantində olanlar, biz birlikdə bunun öhdəsindən gələcəyik", - deyə M. Barnier qeyd edib.

Xəbər lenti