Xəzər Xəbər

Koronavirusa yoluxan pasiyent xəstəliyindən danışdı: “Elə bil marafondayam” - FOTO

Dünya | 14:59 • 19 Mart 2020
Koronavirusa yoluxan pasiyent xəstəliyindən danışdı:

Koronavirus infeksiyasına yoluxan britaniyalı xəstəliyin necə keçdiyi barədə təəssüratlarını bölüşüb. Bu barədə "Daily Mirror” xəbər yayıb.

Birinci tip şəkərli diabetdən əziyyət çəkən 39 yaşlı kişi xəstəliyin ilk simptomlarını martın 4-də hiss edib. Onun başı ağrıyıb, ağciyərlərində ağrıyaranıb, sonra isə nəfəs almaqda çətinlik çəkib. Qəfil ürəkkeçmədən sonra britaniyalı kişi həkimə müraciət etməli olub.

Tibb işçiləri ilk öncə onun qripəyoluxduğunu ehtimal edərək inhalyator və "Tamiflu” preparatı təyin edərək, evə yollayıb. Ancaq səhhəti pisləşərsə, həkimə bir daha müraciət etməsi barədə xəbərdarlıq edib.

"Mən yenidən həkimlərə müraciət etməli oldum. Nəfəs almaq çox ağrılı idi. Ayaqyoluna gedəndəsanki marafonməsafəsi qaçırdım”, - deyə kişi bildirib.

Xəstəxanaya ikinci müraciətindən sonra onda COVID-19 virusu müəyyən olunub. Britaniyalı iddia edir ki, xəstəlik heç də qripə bənzəmir. O, ağciyərlərində ağrıdan şikayət edərək, bunu soyuq havadauzun müddət olduqdan sonra yaranan xoşagəlməz hissə bənzədib. O, inhalyator istifadəsi zamanı ağrının daha da şiddətləndiyinibildirib.

Hələ ki, xəstəliyi yüngül keçən britaniyalı və ailəsi ev karantinindədir. O, mütəmadi olaraq qanın oksigenlə doyma dərəcəsiniizləmək məcburiyyətindədir. Britaniyalının sözlərinə görə, bu göstəricinin azalması halında xəstəxanaya yerləşdirmə, oksigen terapiyası və hətta intubasiya tələb oluna bilər.

Xəbər lenti