Rusiyanın TASS agentliyi "Vladimir Putinə 20 sual” müsahibə silsiləsində prezidentə "sizi bəziləri çar adlandırır. Bu haqda nə düşünürsünüz” sualını ünvanlayıb.
Putinin cavabı maraq doğurub.
"Bu, reallığı əks etdirmir.Çar oturan, yuxarıdan baxıb "əmr edirəm, bunu-bunu edin” deyən və sadəcə papaqları sınayıb güzgüyə baxan adamdır. Mən hər gün işləyirəm. Çarlıq etmirəm”, - Rusiya prezidenti deyib.
20 ildir ölkənin ən yüksək vəzifəsində işləyən Putin vaxtilə prezident ola biləcəyini ağlından belə keçirmədiyini etiraf edib.
Müəyyən zamanda iqtidardan uzaqlaşma ehtimalı ilə bağlı danışan prezident nə olduğu, necə olduğu və nə olacağına dair məsuliyyət hiss etdiyini deyib.
O, 2008-ci ildə prezident vəzifəsini Dmitri Medvedevə təhvil verdiyi zaman 4 il sonra Kremlə qayıdacağını düşünmədiyini, amma bu ehtimalı təkzib etmədiyini də bildirib./publika.az