İngiltərə Silahlı Qüvvələri yeni tip koronavirusla (Kovid-19) mübarizə tədbirlərinə qoşulacaq.
Ordu ictimai xidmətlərin gerçəkləşdirilməsi üçün 10 min əsgərini səlahiyyətləndirəcək.
Bundan başqa, 150 hərbçi Milli Səhiyyə Sisteminin ehtiyacı olacağı təqdirdə, oksigen tankerlərindən istifadə üçün təlim keçəcək.
Ölkənin Müdafiə naziri Ben Vallas qadın və kişilərdən ibarət Silahlı Qüvvələrin Britaniya vətəndaşlarını koronavirusdan qorumağa hazır olduğunu bildirib.
Qeyd edək ki, İngiltərədə 2 min 664 nəfər koronavirusa yoluxub. 71 nəfər dünyasını dəyişib./publika.az