Dünya iqtisadiyyatı bu il durğunluğa daxil olacaq.
Bu proqnozu "Standart ənd Poərs” şirkəti verib.
Şirkət qlobal durğunluq dönəmində dünyanın ümumdaxili məhsulunun artımının 1%-1,5% təşkil edəcəyini bildirib. Hesabatda qeyd edilib ki, koronavirusun dünya iqtisadiyyatına martın əvvəlində etdiyi təsir artıb.
Şirkət həmçinin Avrozonanın ÜDM-nin 2020-ci ilin ikinci rübündə 0,5%-1% azalacağını bildirib:
"ABŞ-da Avropadakı kimi eyni sənaye sahələri və üstəgəl neft-qaz sektoru zərbə altında qalıb. Birinci rübdə ABŞ-ın ÜDM-si bir qədər azalacaq, amma ikinci rübdə bu azalma tempi 1,5%-ə çata bilər. İnkişaf edən bazarlarda isə çox şeyi kapital axını və yanacaq asılılığı səviyyəsi müəyyən edəcək”./axar.az