Xəzər Xəbər

İtaliyada koronadan ölənləri sayı buna görə çoxdur

Dünya | 13:11 • 19 Mart 2020
İtaliyada koronadan ölənləri sayı buna görə çoxdur

İtaliyada koronavirusdan ölüm səviyyəsinin çox olması ölkədə yaşlı əhalinin çoxluq təşkil etməsiylə bağlı ola bilər.

Bunu "RİA Novosti”yə açıqlamasında İtaliyanın Səhiyyə nazirinin müavini Pyerpaolo Sileri deyib.

"Koronavirusdan ölənlərin 42%-ni yaşı 80-dən yuxarı olanlar təşkil edir. Ümumilikdə isə əhalinin 7%-nin yaşı 80-dən yuxarıdır. Bu da İtaliyada əhalinin uzunömürlü olduğunu göstərir”, - deyə o bildirib.

Qeyd edək ki, Sileri özü də koronavirusa yoluxub. Onunla müsahibə elektron poçtla həyata keçirilib./axar.az

Xəbər lenti