Xəzər Xəbər

Trampdan ABŞ vətəndaşları üçün daha bir jest: Pulsuz...

Dünya | 12:43 • 19 Mart 2020
Trampdan ABŞ vətəndaşları üçün daha bir jest:

ABŞ Prezidenti Donald Tramp koronavirus analizlərinin pulsuz keçirilməsini təmin edən qanun layihəsini təsdiqləyib.

Qanun layihəsinə əsasən, ABŞ vətəndaşları heç bir vəsait ödəmədən koronavirus analizlərini verə biləcəklər. Eyni zamanda, xəstəliyə görə məzuniyyət götürən şəxslərə ödəniş edilməsi ilə bərabər, ehtiyacı olanlara qida yardımı göstəriləcək, işsizlik sığortası genişləndiriləcək və ABŞ əyalətlərinə tibbi yardım artırılacaq.

Qanun layihəsinin tətbiqi ABŞ hökumətinə 104 milyard dollara başa gələcək.

Qeyd edək ki, ötən gün Ağ Ev yetkinlik yaşına çatmış hər bir amerikalıya koronavirusa görə 1000 dollar yardım ediləcəyini açıqlamışdı./axar.az


Xəbər lenti

Çox oxunanlar