"Qoldman Saç” və "Morqan Stenli” investisiya bankları qlobal iqtisadi böhranın başladığını elan ediblər.
Bu məlumatı "Blumberq” agentliyi yayıb. Məlumata görə, "Morqan Stenli” 2020-ci ildə dünya iqtisadiyyatının 0,9% artacağını proqnozlaşdırıb. "Qoldman Saç”ın proqnozu isə 1,25% olub.
Bununla belə hazırkı iqtisadi tənəzzülün 2008-ci il göstəricilərinə düşməyəcəyi bildirilib./axar.az