Xəzər Xəbər

Koronavirusun kökü tapıldı Elm adamlarından ŞOK XƏBƏRDARLIQ

Dünya | 12:26 • 19 Mart 2020
Koronavirusun kökü tapıldı

Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan və sürətlə dünyaya yayılan yeni tip koronavirus səbəbilə dünyasını dəyişənlərin sayı 9 minə yaxınlaşıb.

Dünya miqyasında 8 min 869 insan ölüb, 219 min 345 nəfər virusdan əziyyət çəkir.

Xəstəlikdən sağalanların sayı isə 85 min 745-ə çatıb.

"Nature Medicine” dərgisində yayımlanan bir araşdırmada Kovid-19 ilə bağlı ümumi genetik ardıcıllıq məlumatlarının və bənzər virusların genişmiqyaslı şəkildə analiz edildiyi, çıxan nəticələrin süni olaraq və ya laboratoriya şəraitində ərsəyə gətirildiyinə dair heç bir faktın aşkarlanmadığı bildirilib.

Təbii seçmə nəticəsində əmələ gəlib

Araşdırmada özlərini "ev sahibi” hüceyrələrə bağlayan bir növ çəngəlli qarmaq olan Kovid-19-unreseptor bağlanma sahəsinin insan hüceyrələrinin müəyyən molekulyar xüsusiyyətini hədəfləmək üçün təkamüldən keçdiyi kəşf olunub. Tədqiqat komandası bu tapıntının bir növ gen mühəndisliyi deyil, təbii seçmə nəticəsi olduğuna inandığını qeyd edib.

"Bu virus çox qabiliyyətlidir”

Koronavirusun yeni inkişaf edən qabiliyyətində çox effektiv göründüyü və elm adamlarının müasir elmin belə xarüqə yaratmasının mümkünsüz olduğu nəticəsinə gəlinib.

İki fərqli ssenari

AraşdırmaçılarKovid-19-un insanlara necə yoluxduğu mövzusunda virusun yarasa kimi heyvandan təbii seçmə yolu ilə təkamül edib daha sonra insanlara yoluxmuş ola biləcəyinə, ya da insanlara yoluxmadan əvvəl patogenik olmayan virusun sadəcə insan toplumunda mövcud ölümcül formasına çevrilə biləcəyinə diqqət çəkib. Bu mərhələdə iki ssenaridən hansının gerçəkləşdiyini müəyyən etməyin, demək olar ki, mümkünsüz olduğunu bildirən elm adamları virusun təkamül etmiş forması ilə insanlara yoluxmuş ola biləcəyi ssenarisinin doğru çıxması təqdirində bunun gələcəkdə daha böyük epidemiya ehtimalını artıracağı xəbərdarlığını verib.

Məqalədə araşdırmaya Kolumbiya, Sidney və Edinburq Universitetlərinin tədqiqatçılarının qatıldığı vurğulanıb.

Publika.az

Xəbər lenti

Çox oxunanlar