ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Kovid-19 virusu ilə mübarizə çərçivəsində üzən xəstəxana gəmilərini səfərbər etmək haqda qərar verib.
Yetərli tibbi personalla təmin edilən üzən xəstəxanalar epidemiyanın daha çox rast gəlindiyi ştatların sahillərinə göndəriləcək.
ABŞ müdafiə naziri Mark Esper qeyd edib ki, xəstəxana gəmisi USS Conforta şərq sahillərində, USS Mercy isə qərb sahillərində hazır olmaq əmri verilib.
Hər iki gəmidə 1000 xəstə yatağı, aptek, tibbi ləvazimatlar və optometriya laboratoriuyası, 12 əməliyyat otağı və digər kommunal xidmətlər var.