Yaponiyada koronavirusa təkrar yoluxma halı qeydə alınıb.
"Daily Mail”in məlumatına görə, 70 yaşlı yerli sakin koronavirusdan sağalandan sonra yenidən virusa yoluxub.
Onun ilk dəfə fevral ayında "Diamond Princess” kruiz gəmisində koronavirusa yoluxduğu məlum olub.
Tokio xəstəxanasında müalicə olunaraq sağalan həmin şəxs evə buraxılıb. Bundan iki həftə sonra onun hərarəti 39 dərəcəyə qalxıb və yaponiyalı yenidən koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.