Xəzər Xəbər

Avropalı həkimlərin korona ilə bağlı başlıca səhvi...

Dünya | 16:42 • 18 Mart 2020
Avropalı həkimlərin korona ilə bağlı başlıca səhvi...

Avropalı səhiyyə işçilərinin başlıca səhvi koronavirusa qarşı yetərincə qorunmamalarıdır.

Bu sözləri Pekin Birləşmiş Tibb Kolleci Xəstəxanasının professoru Vu Donq deyib.

"Avropalı həmkarlarımız gündəlik fəaliyyətləri nəticəsində bu xəstəliyə yoluxur. Bu, Uhanda baş verənlərə çox bənzəyir. Səhiyyə işçilərini qorumalıyıq”, - Donq bildirib.

Çinli həkim bir çox ölkədə səhiyyə işçiləri arasında KOVİD-19-a yoluxanların kəskin şəkildə artdığını qeyd edib:

"Uhanda həkim və tibb bacılarının yetərincə qorunmaması səbəbindən onlarla səhiyyə işçisi virusa yoluxdu, sonradan 46-ı öldü"./axar.az

Xəbər lenti

Çox oxunanlar