Xəzər Xəbər

Sarımsaq kömək etmir ÜST koronavirusla mübarizə üçün ən təsirli vasitəni AÇIQLADI

Dünya | 14:26 • 18 Mart 2020
Sarımsaq kömək etmir

Xəstəlik yaşlı insanlar üçün təhlükəli olsa da, bütün yaşlar infeksiyaya həssasdır, odur ki, qoruyucu tədbirlərə əməl etmək tövsiyə edilir.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı əlləri və üzü sabunla müntəzəm şəkildə yumağı koronavirusa yoluxmaqdan qorunmağın ən effektiv yolu adlandırıb. ÜST-ün İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti tərəfindən verilən tövsiyələrdə qeyd edilir ki, infeksiyaya qarşı mübarizə aparmaq üçün elektrikli əl quruducularının təsiri barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

COVID-19-dan qorunmağın ən effektiv yolu əlləri tez-tez yumaqdır. Bu, dəridə ola bilən virusları məhv edəcək, gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda infeksiyanın qarşısını alacaq. Əl qurutma cihazları koronavirusu öldürmür. Yeni infeksiyanın qarşısını almaq üçün əllərinizi spirt tərkibli antiseptik ilə mütəmadi olaraq silməli, sonra onları sabun və su ilə yumalısınız. Yuyulan əllər kağız dəsmal və ya elektrik quruducusu ilə yaxşıca qurudulmalıdır.

Həkimlər həmçinin insanları dərini ovmamağa və ağardıcı istifadə etməməyə səsləyib. Bundan əlavə, ÜST mütəxəssisləri açıqlayıb ki, burnun duzlu su ilə müntəzəm yuyulmasının və ya sarımsaq istifadəsinin yeni növ koronavirusdan qoruya biləcəyinə dair elmi dəlil yoxdur. Soyuq havada isti vanna və açıq havada gəzinti COVID-19-un məhvinə kömək etmir.

Ümumdünya Səhiyyə Təşkilatı vurğulayıb ki, bu günə qədər dünyada xəstəliyi müalicə edə biləcək və ya profilaktik tədbir kimi istifadə olunan sübut edilmiş effektiv dərman yoxdur. Bununla birlikdə, uyğun gələn bakterial infeksiyaları müalicə etmək və xəstəliyin simptomlarını aradan qaldırmaq üçün antibiotiklərdən istifadə mümkündür./publika.az

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024