Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova 13,4 il azadlıqdan məhrum edilib.
Axar.az xəbər verir ki, bu məlumatı Özbəkistan Ali Məhkəməsi yayıb. Məlumata görə, Kərimova fırıldaqçılıq, mənimsəmə, cinayətkar fəaliyyətdən əldə etdiyi gəlirləri leqallaşdırmaqda ittiham edilib.
Qeyd edək ki, Kərimova uzun müddətdir həbsdədir. O, 2015-ci ildə 5 il, 2017-ci ildə isə 10 il azadlıqdan məhrum edilmişdi.