Rusiyada yeni yol nişanları quraşdırılacaq.
Rusiya yollarında foto və video kameraların qoyulması barədə xəbərdarlıq edən yeni yol nişanları quraşdırılacaq. Rusiya hökumətinin bununla bağlı qərar layihəsi dərc olunub. Rusiya Daxili İşlər Nazirliyi yeni nişanın yol hərəkəti təhlükəsizliyinin artırılmasına kömək edəcəyinə əmindir.
Rusiya Prezidenti Vladimir Putin bir müddət əvvəl yollarda quraşdırılmış foto və video kameralar barədə sürücülərə məlumat verməyə, eləcə də düzgün quraşdırılmamış kameralardakı yazılara görə sürücüləri cərimələndirməməyə çağırmışdı. (AZƏRTAC)