Gürcüstanda koronavirusa yoluxanların sayı artaraq 38-ə çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.
Qeyd edək ki, Gürcüstanda hazırda 1130 nəfər karantində, 81 nəfər isə stasionar nəzarətdə saxlanılır.
COVID-19 virusuna yoluxmuş şəxslərdən ikisi müalicə olunub. Onlardan biri artıq evə buraxılıb.