Çin COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində Polşaya tibbi ləvazimatlar göndərəcək.
Bu barədə Polşa Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Çində koronavirusla mübarizə davam etdiyinə baxmayaraq, onlar Polşa ilə həmrəylik nümayiş etdirmək və COVID-19-u yoxlamaq üçün testlər və qoruyucu tibbi ləvazimatlar göndərərək ölkəmizə kömək etmək qərarına gəliblər", - deyə XİN-in məlumatında deyilib.
Çin Polşaya 20 000 maska, 5000 qoruyucu kostyum, 5000 tibbi gözlük, 10 000 birdəfəlik tibbi əlcək və 10 000 ayaqqabı örtüyü göndərəcək.
Çin qoruyucu maska və respirator kimi tibbi məhsullarını İtaliya və Cənubi Koreya kimi ölkələrə ixrac edəcəyini bildirib.
Almaniya və Fransa kimi bir sıra Avropa ölkələri COVID-19-un yayılmasının sürətlənməsi səbəbi ilə ölkələrindəki çatışmazlıqların qarşısını almaq üçün bəzi tibbi məhsullarının ixracını məhdudlaşdıracaq.