Xəzər Xəbər

ABŞ və Kanada iki ölkə arasında sərhədi qismən bağlamağı planlaşdırır

Dünya | 14:20 • 18 Mart 2020
ABŞ və Kanada iki ölkə arasında sərhədi qismən bağlamağı planlaşdırır

ABŞ və Kanada koronovirusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr arasında təcili səfərlərdən başqa digər gediş-gəlişi dayandırmağa hazırlaşır.

CNN telekanalı xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp administrasiyasındakı mənbə bildirib. Məlumata əsasən, yeni məhdudiyyətlər sərt olmayacaq və ölkələrə bir-biri ilə ticarət aparmağa imkan verəcək. ABŞ və Kanadanın digər vətəndaşlara giriş qadağasından fərqli olaraq, bu qərar iki ölkə arasında qarşılıqlı razılaşma əsasaında qəbul ediləcək.

Ötən həftə ABŞ Şengen zonasından, həmçinin Böyük Britaniya və İrlandiyadan ölkəyə girişi qadağan etmişdi. Buna qədər isə analoji məhdudiyyətlər Çin və İran vətəndaşlarına da tətbiq olunmuşdu.

Bazar ertəsi günü Kanadanın Baş naziri Castin Trüdo koronovirus səbəbindən ölkə sərhədlərinin bağlandığını, lakin ABŞ-la sərhədin hər iki ölkə vətəndaşları üçün hələlik açıq olduğunu elan etmişdi.

Xəbər lenti

Çox oxunanlar