Xəzər Xəbər

Yaponiyada yaşlı kişi koronavirusa təkrar yoluxub

Dünya | 13:47 • 18 Mart 2020
Yaponiyada yaşlı kişi koronavirusa təkrar yoluxub

Yaponiyanın qərbində yerləşən Mie prefekturasının yetmişdən çox yaşı olan sakini müalicə nəticəsində sağaldıqdan sonra yenidən koronavirus infeksiyasına yoluxub.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin şəxs ilk dəfə fevralın 14-də "Diamond Princess” kruiz laynerində olarkən koronavirusa yoluxub. Tokioda yerləşən xəstəxanada müalicə olunaraq sağalan pasiyent martın 2-də ictimai nəqliyyatla evinə qayıdıb.

Lakin martın 12-də onun özünü pis hiss etdiyi, temperaturunun 39 dərəcəyə qalxdığı məlum olub. Martın 13-də xəstəxanaya gətirilən bu şəxsin virusa təkrar yoluxduğu aşkar edilib.

Hazırda onun prefektura xəstəxanasında müalicə olunduğu bildirilir.

Prefekturanın mütəxəssisləri onun son günlər olduğu yerləri və sıx əlaqədə olduğu şəxsləri dəqiqləşdirərək onların virusa yoluxduğunu müəyyənləşdirmək məqsədilə yoxlamalara başlayıblar.

Xəbər lenti

Çox oxunanlar