Xəzər Xəbər

Türkiyədə koronavirusdan qorunmaq üçün saxta spirt içən şəxslər ölüb

Dünya | 13:44 • 18 Mart 2020
Türkiyədə koronavirusdan qorunmaq üçün saxta spirt içən şəxslər ölüb

Türkiyənin İstanbul şəhərinin Zeytunburun rayonunda saxta spirt içən şəxslər ölüblər.

Türkiyə mətbuatının xəbərinə görə, koronavirus (COVİD-19) infeksiyasından qorunmaq istəyən şəxslər saxta spirt içiblər. Onlardan 3-ü dünyasını dəyişib, biri isə reanimasiyada müalicə olunur, onun həyati təhlükəsinin olduğu bildirilir. Araşdırma zamanı həmin şəxslərə saxta spirti verən iki Türkmənistan vətəndaşı tutulub.

Qeyd edək ki, ötən gün Türkiyədə 48 yaşlı Türkmənistan vətəndaşı da eyni səbəbdən dünyasını dəyişib. İranda isə koronavirusdan qorunmaq məqsədilə saxta spirt içərək dünyasını dəyişənlərin sayı 159-a çatıb.

Xəbər lenti