Xəzər Xəbər

Çin öz vətəndaşlarını koronavirusun geniş yayıldığı ölkələrə səyahətlərdən çəkinməyə çağırıb

Dünya | 11:44 • 18 Mart 2020
Çin öz vətəndaşlarını koronavirusun geniş yayıldığı ölkələrə səyahətlərdən çəkinməyə çağırıb

Çin Xalq Respublikasının hökuməti öz vətəndaşlarına müraciət edərək, yeni növ koronavirusun (COVID-19) geniş yayıldğı ölkələrə səyahətlərdən çəkinməyə çağırıb.

Çin Mədəniyyət və Turizm Nazirliyi xaricə səyahət etmək istəyənlərə sağlamlıqla bağlı riskləri düzgün qiymətləndirməyi tövsiyə edib.

Nazirlik virusun ən çox yayıldığı və risklərin daha yüksək olduğu İtaliya, İran, İspaniya, Almaniya, Cənubi Koreya, Fransa, ABŞ, İsveçrə, Böyük Britaniya, Niderland, Norveç, Avstriya, Belçika, İsveç və Danimarkaya səfərləri təxirə salmağa çağırış edib.

Xəbər lenti

Çox oxunanlar