Xəzər Xəbər

Fransa hökuməti ölkədəki müəssisələrə 45 mlrd. avro yardım edəcək

Dünya | 11:08 • 18 Mart 2020
Fransa hökuməti ölkədəki müəssisələrə 45 mlrd. avro yardım edəcək

Fransa hökuməti koronavirus pandemiyasının mənfi təsirinə məruz qalan ölkədəki müəssisələrə və işçilərinə 45 mlrd. avro məbləğində təcili yardım ayıracaq.

Fransa hökumətinin ayıracaq yardıma böhran dövründə işsiz qalan işçilərə dövlət tərəfindən əməkhaqqı ödənişi paketi də daxil olacaq.

Bundan başqa, Fransanın maliyyə naziri Bruno Le Mer bildirib ki, onun ilkin proqnozlarına görə, koronavirusun yayılması səbəbindən Fransada ÜDM-in artım tempi 2020-ci ildə 1 faiz bəndi azalacaq və bunu nəzərə alaraq, Fransa kiçik və orta sahibkarlara dəstək məqsədilə 300 mlrd. avro məbləğində bank kreditlərinin verilməsinə zəmanət verir.

Xəbər lenti

Çox oxunanlar