Xəzər Xəbər

ABŞ Rusiyanı 59 türk hərbçisinin ölümündə ittiham edib

Dünya | 10:27 • 18 Mart 2020
ABŞ Rusiyanı 59 türk hərbçisinin ölümündə ittiham edib

ABŞ Suriyanın İdlib vilayətində 59 türk hərbçisinin həlak olduğu insidentə görə ilk dəfə Moskvanı ittiham edib.

Dövlət katibi Mayk Pompeo Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib.

"Biz hesab edirik ki, Suriyada həyata keçirilən əməliyyat zamanı onlarla türk hərbçisini öldürüb. Türkiyənin NATO müttəfiqimiz kimi dəstəkləyirik və Suriyanın digər ərazilərində, həmçinin, İdlib vilayətində atəşkəsin bərpa olunması üçün səylərini dəstəkləyirik”-deyə açıqlamada deyilir.

Bu vaxta qədər ABŞ Moskvanı türk hərbçilərinin ölümündə birbaşa ittiham etmirdi. Rəsmi Ankara İdlib vilayətində keçirilən əməliyyat zamanı 59 hərbçisini itirdiyini elan edib.

Xəbər lenti