Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 25 nəfər artaraq 225-ə çatıb.
Yerli mətbuat xəbər verir ki, virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.
Virusa yoluxanların əksəriyyətində yüngül simptomlar müşahidə edilir.
Qeyd edək ki, Estoniyada yanvarın 31-dən indiyədək 1625 nəfərdən analiz götürülüb və koronavirus diaqnozu qoyulan ilk xəstə artıq sağalıb.