Litva Seymi koronavirusun yayılması səbəbindən yaranmış ekstremal vəziyyətə dair Nazirlər Kabinetinin irəli sürdüyü layihələri qəbul etmək məqsədilə plenar iclas keçirdikdən sonra karantinə alınacaq.
Yerli mətbuat xəbər verir ki, Seymin digər plenar iclaslarının karantin başa çatdıqdan sonra keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar martın 16-dan etibarən Litvada karantin elan olunub.