Xəzər Xəbər

Latviyada koronavirusa yoluxanların sayı 60 nəfərə çatıb

Dünya | 09:44 • 18 Mart 2020
Latviyada koronavirusa yoluxanların sayı 60 nəfərə çatıb

Koronavirusla (COVİD-19) mübarizə aparmaq üçün lazım olan bütün tibbi avadanlıqlar və qoruyucu geyimlər dövlət tərəfindən alınacaq.

Xezerxeber.az xəbər verir ki, bunu Latviyanın Baş Naziri Krişyanis Karinş söyləyib.

Baş Nazir bu həftə hökumətin və aidiyyəti orqanların ölkədə epidemioloji vəziyyəti izləməyə davam edəcəyini vurğulayıb, həmçinin şirkətlərə dövlət dəstəyinin göstəriləcəyini bildirib.

Qeyd edək ki, martın 17-də sutka ərzində Latviyada koronavirusa 26 yeni yoluxma halı baş verib.

Xəbər lenti

Çox oxunanlar