Ukraynada koronavirusa yoluxanların sayı iki dəfə artıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ukraynanın Səhiyyə Nazirliyi məlumat yayıb. Ölkədə koronavirusa yoluxanların sayı 14 nəfərə çatıb. Yoluxma hallarının 10-u Çernovtsı vilayətində, 2-si Jitomir şəhərində, 2-si isə Kiyev vilayətində qeydə alınıb.
Qeyd edək ki, Ukrayna aprelin 4-dək bütün beynəlxalq uçuşları dayandırıb.