Xəzər Xəbər

Türkiyədə koronavirusdan ilk ölüm qeydə alınıb

Dünya | 09:02 • 18 Mart 2020
Türkiyədə koronavirusdan ilk ölüm qeydə alınıb

Türkiyədə koronavirus (COVID-19) infeksiyası səbəbindən ilk ölüm halı qeydə alınıb.

Xezerxeber.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir qeyd edib ki, virusdan dünyasının dəyişən 89 yaşlı şəxs bu xəstəliyə Çin əsilli işçisindən yoluxub.

Nazirin sözlərinə görə, Türkiyədə virus daşıyıcısı kimi karantində müalicə olunanların sayı 51 nəfər artaraq 98-ə çatıb.

Xəbər lenti

Çox oxunanlar