ABŞ Çini günahlandırmağı dayandırmalıdır.
Bu sözləri Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Ginq Şuanq ABŞ Prezidenti Donald Trampın "Çin virusu” sözlərinə cavabında deyib.
O, Vaşinqtonun Çini qaralamağa davam etdiyini bildirib:
"Buna qəti şəkildə qarşıyıq. Beynəlxalq toplum ilk növbədə virusla mübarizə üçün birgə əməkdaşlıq etməlidir. ABŞ da burada öz liderliyindən istifadə edərək beynəlxalq kampaniyada konstruktiv rol oynamalıdır”.
Qeyd edək ki, Ağ Ev rəhbəri koronavirusu (KOVİD-19) "Çin virusu” adlandırmışdı./axar.az