Ümumdünya Səhiyyə Təşkilatının mətbuat katibi Kristian Lindmayer Suriyada COVID-19 koronavirus infeksiyası halının qeydə alınmadığını deyib.
Kristian Lindmayer bildirib:
"Suriyada yeni növ koronavirusa yoluxma hadisəsi yoxdur. İndi həm hökumətin nəzarəti altında olan ərazidə, həm də şimal-qərbdə test sınaqları keçirmək mümkündür”.
O, Dəməşqdə 34 testin xəstələrdə yeni növ koronavirusun olduğunu göstərmədiyini qeyd edib.
Qeyd olunur ki, ÜST, xüsusən də ölkənin şimal-qərbindəki bölgələrdə vəziyyəti izləyir./teleqraf